Azercell şəkili qadın sahibkarları dəstəkləyir - Press Reliz

Azercell, Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı çərçivəsində Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib - Press Reliz

10.02.25 - 20:05
10.02.25 - 20:06
 0  11
Azercell şəkili qadın sahibkarları dəstəkləyir - Press Reliz
Azercell şəkili qadın sahibkarları dəstəkləyir @www.azercell.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Azercell Telecom MMC

Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” çərçivəsində Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib. Təlimlərdə 23 qadın iştirak edərək biznes idarəçiliyi, hüquqi və maliyyə aspektləri üzrə biliklər əldə edib - Press Reliz


Lider mobil operator  qadınların sahibkarlıq fəaliyyətini və iqtisadi müstəqilliyini dəstəkləməyə davam edir

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.

“Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı” çərçivəsində biznesini inkişaf etdirmək istəyən 23 qadın ixtisaslaşmış təlimlərdə iştirak edib. Beynəlxalq təcrübəyə əsaslanan bu proqram biznesin idarə edilməsi, sahibkarlığın hüquqi və maliyyə aspektləri kimi mövzuları əhatə edib.

Yiyələndikləri nəzəri biliklərlə yanaşı, iştirakçılar müxtəlif biznes müəssisələrinə səfərlər edərək uğurlu sahibkarlarla görüşmək və praktiki təcrübə qazanmaq imkanı da əldə ediblər. Layihənin sonunda  proqram iştirakçıları biznes planlarını hazırlayaraq  gələcək fəaliyyətlərini daha da peşəkar şəkildə idarə etməyi öyrəniblər.

Proqramı uğurla tamamlayan hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunub.

Azercell-in 2024-cü ilin avqust ayında elan etdiyi  bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləyərək ölkənin dayanıqlı inkişafına töhfə verməkdir. 

Mənbə: https://www.azercell.com/az/about-us/press-releases/news/azercell-ekili-qadin-sahibkarlari-destekleyir.html

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!