Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu - Press Reliz

Azercell-in dəstəyi ilə “Huma Quşu” fondu qadınların təhsil almasına yönəlmiş yeni təqaüd proqramını elan edib - Press Reliz.

25.02.25 - 17:30
25.02.25 - 17:30
 0  8
Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu - Press Reliz
Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu @azercell.com

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Azercell Telecom MMC

Azercell-in dəstəyi ilə “Huma Quşu” təhsilə yardım fondu həssas qruplardan olan qadınlar üçün yeni təqaüd proqramı elan edib. Bu təşəbbüs qadınların təhsil imkanlarını genişləndirmək və onların sosial fəallığını artırmaq məqsədi daşıyır - Press Reliz.


“Huma Quşu” təhsilə yardım fondu Azercell-in dəstəyi ilə qadınlar üçün təqaüd proqramını elan edir

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.


Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı”nın qalibləri fəaliyyətlərini uğurla davam edir. Qeyd edək ki, 2024-cü ilin avqust ayında elan edilən bu sosial layihə müsabiqəsi qadınların iqtisadi müstəqilliyini dəstəkləyən təşəbbüsləri ön plana çıxararaq inklüziv cəmiyyətin qurulmasına töhfə verir.

 Proqram qaliblərindən biri olan “Huma Quşu” təhsilə yardım fondu həssas qruplardan olan gənc qadınlar üçün daha geniş təhsil imkanları yaratmağı hədəfləyən təqaüd proqramını elan edir.

“Huma Quşu” proqramının əsas məqsədi qadınların təhsilə çıxışını asanlaşdırmaqla onların sosial fəallığını artırmaq, cəmiyyətdə mövqelərini gücləndirmək və rifahlarını yüksəltməkdir. 2022-ci ildən  ildən etibarən fəaliyyət göstərən “Huma Quşu” təhsilə yardım fondu bugünədək 30 tələbəyə təhsil almağa dəstək olub. Yeni proqram çərçivəsində  5 namizədin təhsil xərclərinə dəstək göstərilməsi planlaşdırılır.

“Huma Quşu” təqaüd proqramına həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistratura pillələrində təhsil alan 16-35 yaş arası gənc qızlar və qadınlar müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədləri HumaGushuFund@gmail.com ünvanına fevral ayının 20-dək  göndərmək tələb olunur.

 Ətraflı məlumat əldə etmək üçün https://humagushu.az/ səhifəsinə keçid edə bilərsiniz.

Mənbə: https://www.azercell.com/az/about-us/press-releases/news/azercell-qadinlarin-thsil-imkanlarini-genilndirn-layihy-dstk-oldu.html

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!