Azercell məhkum qadınlar üçün Kitab Klubu təşkil etdi - Press Reliz
Azercell Beynəlxalq Qadınlar Günü çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar üçün Kitab Klubu adlı ədəbi görüş təşkil edib - Press Reliz.

Azercell Telecom MMC
Azercell Beynəlxalq Qadınlar Günü çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar üçün "Kitab Klubu" adlı ədəbi görüş təşkil edib. Tədbirdə ədəbiyyatın sosial inteqrasiyaya təsiri və qadın obrazlarının inkişafı müzakirə olunub - Press Reliz.
Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi görüş keçirdi
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi "Kitab Klubu" layihəsi çərçivəsində növbəti görüş baş tutdu. Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirildi. Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olundu.
Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışdı. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının ədəbiyyatın geniş auditoriyaya çatdırılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşdü.
Görüş zamanı iştirakçılar seçdikləri şeir və ədəbi nümunələri səsləndirdilər, ədəbiyyat barədə düşüncələrini bölüşdülər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






