“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində - Press Reliz

“ASAN xidmət” modeli Kolumbiyada tətbiq olunacaq, bu istiqamətdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - Press Reliz.

16.02.25 - 17:52
16.02.25 - 17:53
 0  9
“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində - Press Reliz
“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində @asan.gov.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” ilk dəfə Amerika qitəsində tətbiq olunacaq. Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiya hökuməti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - Press Reliz.


"ASAN xidmət" modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı 25 oldu.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

Belə ki, Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiya Respublikasında tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.

İmzalanma mərasimindən sonra tərəflər arasında baş tutmuş görüş zamanı Anlaşma Memorandumunun implementasiyası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.

Kolumbiyalı nazir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və əməkdaşlıq çərçivəsində tezliklə əməli addımların atılacağını diqqətə çatdırıb.

Mənbə: https://asan.gov.az/media/press-releases/asan-xidmet-tecruebesi-ilk-defe-amerika-qitesinde

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!