Alimlər “gündə 8 stəkan su” qaydasını təkzib etdi – bəs nə qədər su içməliyik?
Gündə 2 litr su içmək məcburidirmi? Alimlər minlərlə insan üzərində araşdırma apararaq bu məşhur qaydanın hər kəs üçün keçərli olmadığını sübut ediblər.
Alimlər “gündə 2 litr su” qaydasını təkzib etdi – bəs nə qədər su içməliyik?
“Fakt.pl”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ və Yaponiyadan olan 90-dan çox alim su istehlakı ilə bağlı genişmiqyaslı araşdırma aparıb və gündə 2 litr su içmək qaydasının hər kəs üçün keçərli olmadığını ortaya qoyub.
Wisconsin–Madison Universitetinin professoru, dietoloq Deil Şoller (Dale Schoeller) bildirib ki, insanların suya ehtiyacı yaşa, cinsə, bədən kütləsinə, yaşadığı mühitə və fiziki aktivliyə görə ciddi şəkildə fərqlənir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Araşdırmada 26 ölkədən 5600 nəfərin məlumatları analiz olunub. Su istehlakı gündə 1 litrdən 10 litrədək dəyişib. Ən çox su içən qrup – 20 yaşlı kişilər olub (təxminən 3,2 litr). Qadınlarda isə bu göstərici 2,7 litr civarında sabit qalıb.
Tədqiqatçılar su dövranını izotoplarla işarələnmiş su vasitəsilə ölçüblər və nəticədə suyun orqanizmdə necə istifadə edildiyini dəqiq şəkildə izləyə biliblər. Nəticələr göstərib ki, əsas amil fiziki aktivlik və həyat tərzidir.
Əhali sıxlığı, iqlim və iqtisadi göstəricilər də su ehtiyacına təsir edir. Məsələn, HDI göstəricisi aşağı olan ölkələrdə suya ehtiyac daha yüksək olub. Çünki bu bölgələrdə insanlar daha çox fiziki iş görür və kondisionerli mühitlərdə az vaxt keçirirlər.
Alimlər bildirir ki, insanlar yalnız “8 stəkan” qaydasına əsasən su içməməlidir. Əgər balanslı qidalanma varsa, tərəvəzlər və meyvələrdən gələn su da kifayət edə bilər.
Bu xəbəri necə dəyərləndirirsiniz?






