ABŞ Ticarət katibinin oğlu “Tether” və “SoftBank” ilə 3 milyard dollarlıq Bitcoin investisiya fondu yaradır
Brandon Lutnick “Tether”, “Bitfinex” və “SoftBank” ilə birgə 3 milyard dollarlıq Bitcoin investisiya fondu qurur. Bu addım “Trump dövrü”ndə institusional marağın artdığını göstərir.

ABŞ Ticarət katibinin oğlu “Tether” və “SoftBank” ilə 3 milyard dollarlıq Bitcoin investisiya fondu yaradır
“CoinDesk”-ə istinadən “Mediahub.az” xəbər verir ki, ABŞ Ticarət katibi Hovard Lutnickin (Howard Lutnick) oğlu Brandon Lutnick “Tether”, “Bitfinex” və “SoftBank” ilə birgə yeni Bitcoin investisiya layihəsi elan edib.
Layihə “Cantor Equity Partners” adlı SPAC vasitəsilə həyata keçiriləcək və ümumi dəyəri 3 milyard dollardır. İlkin olaraq yanvarda 200 milyon dollar toplanıb. Yeni yaradılacaq “21 Capital” şirkəti isə bu vəsaiti MicroStrategy modelinə uyğun olaraq BTC-ni səhmlərə çevirməklə idarə edəcək.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
BTC üçün nəzərdə tutulan dəyərləndirmə – 85,000 dollar. “Tether” 1,5 milyard dollar, “Bitfinex” 600 milyon dollar və “SoftBank” isə 900 milyon dollar töhfə verəcək. Daha 550 milyon dollar isə istiqraz və özəl sərmayələrlə toplanacaq.
Layihə “Trump” administrasiyası dövründə kriptosektorda müşahidə olunan institusional canlanmanın göstəricisidir. Hazırda Bitcoin 92,000 dollar ətrafında dəyişir və tənzimləyici şəraitin dəyişməsi belə iri fondları təşviq edir.
Qeyd edək ki, “Cantor Fitzgerald” hazırda “Tether”in əsas ABŞ xəzinə aktivlərinin saxlayıcısıdır. Hovard Lutnick əvvəllər “Tether”in hər dollarını əhatə edə bildiyini iddia etsə də, sonradan bu mövqeyini yumşaldıb.
Bu xəbəri necə dəyərləndirirsiniz?






