ABŞ sanksiyaları “NVIDIA” və “AMD”ni çətin duruma saldı – milyardlarla zərər
ABŞ-ın yeni ixrac qadağaları “NVIDIA” və “AMD” şirkətlərini milyardlarla dollar zərərə salıb. Çin bazarına çip satışı üçün lisenziyalar artıq məcburidir.

“NVIDIA” və “AMD” ABŞ sanksiyaları səbəbilə milyardlarla dollar zərərə düşdü
“Ferra.ru”-nun məlumatına görə, ABŞ-ın Çinlə bağlı yeni ixrac məhdudiyyətləri “NVIDIA” və “AMD” şirkətlərinin maliyyə durumuna ciddi təsir edib.
“NVIDIA” yalnız birinci rübdə 5,5 milyard dollarlıq itki ilə üzləşib. Bu, Çin bazarı üçün hazırlanmış H20 çipinin satışına yeni lisenziya tələbinin nəticəsidir. “AMD” isə MI308 çipləri ilə bağlı məhdudiyyətlər səbəbilə 800 milyon dollara qədər zərər gözləyir.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
ABŞ Ticarət Nazirliyinin tətbiq etdiyi bu sanksiyalar süni zəka üçün nəzərdə tutulan çiplərin Çinə çatdırılmasını çətinləşdirir. Nəticədə “NVIDIA”nın səhmləri 7%, “AMD”nin isə 10% dəyər itirib. VanEck Semiconductor ETF indeksi də 4%-dən çox ucuzlaşıb.
Ekspertlər bildirir ki, bu məhdudiyyətlər Çində yerli alternativlərin – məsələn, “Huawei” çiplərinin artmasına təkan verə bilər. Bu isə ABŞ şirkətlərinin uzunmüddətli bazar payına zərbədir.
2024-cü ildə Çin bazarı “NVIDIA” üçün 12–15 milyard dollar gəlir gətirmişdi. Lakin davam edən ticarət müharibəsi bu rəqəmlərin azalmasına səbəb ola bilər və bu, bütövlükdə yarımkeçirici sənayesinə mənfi təsir edəcək.
Bu xəbəri necə dəyərləndirirsiniz?






