ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti! - Press Reliz

ABB gənc müştərilər üçün “FaydaMania” loyallıq proqramını istifadəyə verib. Bu proqram çərçivəsində gənclər keşbeklər, promokodlar və müxtəlif hədiyyələr qazana bilərlər - Press Reliz.

14.03.25 - 21:33
14.03.25 - 21:52
 0  7
ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti! - Press Reliz
ABB-dən gənclər üçün “FaydaMania” ilə qazanc fürsəti! @abb-bank.az

Mediahub.az-da reklam xidməti

Mediahub.az-da reklam xidməti

ABB - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

ABB gənc müştərilər üçün “FaydaMania” adlı yeni loyallıq proqramını istifadəyə verib. 18-29 yaş aralığında olan müştərilər ABB mobile tətbiqində bu funksiyanı aktivləşdirərək müxtəlif hədiyyələr və üstünlüklər əldə edə bilərlər - Press Reliz.


Bütün müştəri seqmentlərinin universal bankı olan ABB gənc müştəriləri üçün də qazandıran imkan yaradıb. Bank “FaydaMania” loyallıq proqramını gənclərin istifadəsinə verib.

Son Xəbərlər
Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi 15 Ultra Qlobal Versiyası

Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung-un Üçqatlanan Telefonu

Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7
Realme GT 7: Ən Ucuz Smartfon

Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.

ABB mobile tətbiqinin 18-29 yaş aralığında olan istifadəçiləri tətbiqdə “FaydaMania” funksionallığını aktivləşdirərək lazımi hədəflərə çatıb müxtəlif mükafatlar qazana bilərlər. Mükafatlara ayrı-ayrı kateqoriyalar üzrə artırılmış keşbek məbləğləri, promokodlar, kinoya, başqa əyləncəli tədbirlərə biletlər və digər hədiyyələr daxildir.

Bu imkandan yararlanmaq üçün 3 sadə addım kifayətdir: ABB mobile tətbiqinin "Sənə özəl" bölməsindən “FaydaMania” funksionallığını aktivləşdirmək; "Bütün təkliflərin" bölməsinə keçərək hədəflərlə tanış olmaq; lazımi dövriyyə hədəfinə çatandan sonra qazanılmış mükafatı qəbul etmək. Gənc müştəri eyni anda aktiv olan bütün hədəflərə çata bilər.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Mənbə: https://abb-bank.az/az/abb-den-gencler-ucun-faydamania-ile-qazanc-furseti140325

Bu xəbəri necə dəyərləndirirsiniz?

like

dislike

love

funny

angry

sad

wow

Mediahub.az Mediahub.az — aktual press-relizlər, analitik materiallar və əsas sahələr üzrə xəbərlər təqdim edən aparıcı xəbər portalıdır. İqtisadiyyat, biznes, mədəniyyət, elm, texnologiya, turizm, ekologiya və digər mövzularda ən son məlumatları bir araya gətiririk. Mediahub.az — hər zaman məlumatlı qalmaq üçün etibarlı mənbənizdir!