9000 nəfər niyə işdən çıxarıldı? IBM-də nə baş verir?
IBM 9000 əməkdaşını səssiz şəkildə işdən çıxarıb. Ən çox Cloud Classic komandası zərər görüb. Şirkət funksiyaları Hindistana köçürür və yenidən qurulur.

IBM-də Səssiz Şok – 9000 İşçi Birdən İşdən Çıxarıldı
Ferra.ru-ya istinadən Mediahub.az xəbər verir ki, IBM şirkəti səssiz-səmirsiz 9000 nəfər əməkdaşını ixtisar edib. Ən çox zərbə alan isə Cloud Classic bölməsi olub.
Dallas, Nyu-York, Kaliforniya və Roli ofislərində baş verən bu kütləvi ixtisarlar həm IT, həm satış, həm də sosial məsuliyyət departamentlərini əhatə edib. Hətta daxili IT və konsaltinq mütəxəssisləri də istisna edilməyib.
Son Xəbərlər

Xiaomi 15 Ultra Qlobal Versiyası
Xiaomi yeni flaqman modeli Xiaomi 15 Ultra-nı qlobal satışa çıxaracağını təsdiqlədi. HyperOS 2.0 ilə yeni dövr başlayır!

Samsung-un Üçqatlanan Telefonu
Samsung, Galaxy Unpacked tədbirində üçqatlanan telefon konseptini təqdim etdi. Yeniliklər haqqında daha çox məlumat əldə edin.

Realme GT 7: Ən Ucuz Smartfon
Snapdragon 8 Elite çipi ilə Realme GT 7 fevral ayında təqdim ediləcək. Yeni xüsusiyyətlər və uyğun qiymət gözləyir.
Cloud Classic — IBM-in artıq istifadədən çıxarılan köhnə bulud platforması idi. İndi şirkət müştəriləri daha müasir IBM Cloud VPC sisteminə keçirir, bu da kütləvi ixtisarları izah edir.
Mənbələr bildirir ki, IBM bir çox funksiyanı Hindistana köçürür. ABŞ-da yeni vakansiyalar azalıb, Hindistanda isə onlarla elan aktivdir.
Eyni zamanda, şirkət digər istiqamətlərdə də ixtisarlara başlayıb – o cümlədən marketinq və kommunikasiya sahələrində. İşçilərə ofisdə həftədə 3 gün işləmək tələbi qoyulub və bundan yayınmağa icazə verilmir.
İnsayderlər hesab edir ki, bu yalnız başlanğıcdır və IBM-də struktur dəyişiklikləri hələ tam başa çatmayıb. Bəs bu tendensiya texnologiya nəhəngləri arasında davam edəcəkmi?
Bu xəbəri necə dəyərləndirirsiniz?






